Türkiyədən narkotik gətirən qadınlara HÖKM OXUNDU

OXUNUB: 732 HADİSƏ
Türkiyədən narkotik vasitə gətirməkdə təqsirləndirilən Nisə Babayeva ilə Səyanə Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cianyətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, onlar Türkiyədən Bakıya narkotik maddə gətirməkdə təqsirləndirilirlər. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə istifadə etmə) və 206-(qaçaqmalçılıq) maddələrinə əsasən ittiham olunublar./lent
 
İcmal.Az

RƏYLƏR