Türkiyənin müdafiə naziri: Azərbaycan xalqının istəyi bizim üçün əmrdir

OXUNUB: 703 SİYASƏT

"Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə bütün sahələrdə gücünü birləşdirir: "Biz müdafiə sənayesi sahəsində də birgə hərəkət edirik. Azərbaycan və Türkiyənin milli silah sistemlərini inkişaf etdirməsi lazımdır. Bu, torpaqlarımızı müdafiə etmək üçün vacibdir”.

İcmal.Az

RƏYLƏR