Tütün istehsalı azalıb, pivə artıb

OXUNUB: 1463 İQTİSADİYYAT

Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 31,4 faiz azalma baş verib.

İcmal.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsullarının istehsalında 2,7 faiz, içki istehsalında isə 30,6 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 5,5 faiz, kolbasa məmulatlarının istehsalı 1,7 dəfə, marqarin istehsalı 23,6 faiz, duru bitki yağlarının istehsalı 4,4 faiz, cem və marmeladların istehsalı 4,0 faiz, alkoqolsuz içkilərin istehsalı 9,9 faiz, pivə istehsalı 15,2 faiz artıb. Qənd və şəkər tozu istehsalı 32,9 faiz azalıb.

 

İcmal.Az

RƏYLƏR