Hakerlər UBER-in 57 milyon müştərisinin və sürücüsünün şəxsi hesablarını ələ keçiriblər.
İcmal.Az Bloomberg-ə istinadən xəbər verir ki, hakerlər tərəfindən şirkətin 50 milyon müştərisinin adı, elektron hesabı və telefon nömrələri, eləcə də, 7 milyon sürücünün şəxsi məlumatları oğurlanıb. Şirkətdən bildirilir ki, hakerlər kredit kartları məlumatlarını, gedişlərin istiqamətlərini ələ keçirə bilməyiblər.
Qeyd edək ki, hadisədən sonra şirkətin iki yetkilisi işdən çıxarılıb.
İcmal.Az