Hal hazırda ölkəmizdə elan olunan karantin rejimi ilə bağlı bir çox tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri görülür və vətəndaşlarda yaranan suallarla bağlı rəsmi qurumlar tərəfindən açıqlamalar verilir.
Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YPX.AZ-a bildirib ki, karantin rejimini nəzərə alaraq yayılma ehtimalı olan virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir:
"Bunu nəzərə alaraq, hər bir hərəkət iştirakçısını "Evdə qal!” kampaniyasına qoşumağa dəvət edirik. Bununla siz özünüzün, yaxınlarınızın və ətrafda olanların sağlamlığının qeydinə qalmış olacaqsınız. Eyni zamanda, şəxsi avtomobillərdən istifadə edilməməsi və "Evdə qal!” kampaniyasına qoşulmaq yol-nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulmasının azalmasına zəmin yaradır. Beləliklə də, xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrinin, küçə və yollarda gigiyenik tələbləri yerinə yetirən şəxslərin rahat və təhlükəsiz hərəkəti təmin edilmiş olur.
Sürücülərdən, xüsusən də hazırda paytaxtda bölgə qeydiyyatında olan dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə edən şəxslərdən xahiş olunur ki, lüzumsuz olaraq yola çıxıb karantin qaydalarını pozmasınlar.
Əlavə olaraq bir daha bildiririk ki, karantin tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı, xüsusən də sürücülər bu tələblərin yerinə yetirilməsini anlayışla qəbul edəcəklər".
Ana səhifə
/
SOSİAL / Vaqif Əsədovdan müraciət: Rayon qeydiyyatlı avtomobilləri idarə etməyin - VİDEO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub
03.05.2024, 17:57 / Özəl, SOSİAL -
Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək
03.05.2024, 12:52 / Özəl, QHT, SOSİAL -
“YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilən şəhidimizin atası Vətənə qayıdıb
02.05.2024, 11:29 / Özəl, SOSİAL -
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01.05.2024, 17:45 / Özəl, SOSİAL -
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün QHT fəaliyyətinin əsaslarına dair mühazirə oxunub
01.05.2024, 17:41 / Özəl, QHT, SOSİAL -
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
01.05.2024, 11:02 / Özəl, SOSİAL -
30 aprel tarixində Bakıda Hyatt Regency otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi
01.05.2024, 11:01 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
GÜNDƏM, SİYASƏT Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB