Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub.
Növbəti əməliyyat aktyorun bağırsağında aparılıb.
"Özümü son vaxtlar pis hiss edirdim. Bakıda bir müddət xəstəxanada yatdım. Bu, onkoloji problemlə bağlı deyildi. Məsləhət oldu ki, növbəti dəfə Türkiyədə müayinədən keçim. Burada həkimlər əməliyyatı vacib hesab etdilər”, - deyə R.Hüseynov bildirib.
R.Hüseynov əlavə edib ki, hazırda səhhəti normal qiymətləndirilir: "Hələlik xəstəxanadayam. Əməliyyatdan yeni çıxmışam. Həkimlər yenə müayinə edəcəklər, hər şey yaxşı olsa və icazə versələr, bazar günü Bakıya qayıdacağam”.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub./apa
İcmal.Az