Bu gün "Hər şey daxil" verilişinin qonaqlarından biri Xatirə İslam olub.
Xanım müğənni verilişdə həyat yoldaşı ilə tanışlıq dövründən danışıb. Xatirə həyat yoldaşı Fəxrəddinin tanışlıq zamanı ona 3 sualla müraciət etdiyini, lakin hal-hazırda bu suallardan yalnız birini xatırladığını deyib:
"Məndən maşında gedərkən yola zibil atıb-atmadığımı soruşdu. Mən də "xeyr" dedim. Amma yalan danışdım, atırdım. Ondan sonra bir daha küçəyə zibil atmadım".
Qeyd edək ki, cütlüyün Emil adlı bir oğlan övladları var./milli
İcmal.Az