Xəzər Dəniz Gəmiçiliyi yeni gəmi alıb

OXUNUB: 1204 İQTİSADİYYAT
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC "Bakinskaya 6” adlı yeni gəmi alıb. "GidroTrans” MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib.

İcmal.Az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb. 

Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb. 2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.
 
İcmal.Az

RƏYLƏR