XİN: Azərbaycan ATƏT-dən yeni bəyanat gözləyir

OXUNUB: 963 SİYASƏT

Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi A.Kaspşik və ATƏT-in Minsk qrupunun həmsədrləri hər iki tərəfdən araşdırma aparmağa başlayıblar.

İcmal.Az xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"ATƏT-in bəyanatını köhnəlmiş hesab edirik. Kaspşikin ofisinin əməkdaşları məsələni araşdırmaq üçün hadisə yerindədirlər. Erməni hərbçilər yaşayış məntəqisini minaatanlardan və iriçaplı silahlardan atəşə tutmağın nə ilə nəticələnə biləcəyini bilirdi. Bu, qəsdən atılmış addımdır. Biz ATƏT-dən yeni bəyanat gözləyirik”, - H.Hacıyev vurğulayıb. 

XİN sözçüsü bildirib ki, Azərbaycanın xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndələrinə   ölkəmizin mövqeyini çatdırılması ilə bağlı təlimat verilib. 

Xatırladaq ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

İcmal.Az

RƏYLƏR