XİN: Azərbaycan Əfqanıstanda hərbi qulluqçuların sayını artıracaq

OXUNUB: 870 SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində Bakıda keçirilən VII Nazirlər Konfransı çərçivəsində NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsi Kornelius Zimmermanıqəbul edib.

XİN-in mətbuat xidmətindən İcmal.Az-a verilən xəbərə görə, E. Məmmədyarov Azərbaycanın NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakı, eləcə də, Əfqanıstan nümayəndələrinin idarəçilik, silahlı qüvvələr üzərində mülki nəzarət, mina təmizləmə, hüquq-mühafizə, hərbi sahədə qabiliyyətlərinin artırılması məqsədilə həyata keçirdiyi təlim və kurslardan söz açıb və bu dəstəyin davam etdiriləcəyini bildirib.

Nazir Azərbaycan prezidenti İlham Əliyevin keçən həftə Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə qeyd etdiyi kimi, Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün orada xidmət edən hərbi qulluqçuların sayının artırılacağını diqqətə çatdırıb. 

K. Zimmerman Əfqanıstanın Bərpası Xüsusi Fonduna və Əfqanıstan Milli Ordusu üzrə Etimad Fonduna Azərbaycan hökumətinin etdiyi yardımları yüksək qiymətləndirib.

 

İcmal.Az

RƏYLƏR