XİN: Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır və tam şəkildə dəstəkləyir

OXUNUB: 661 SİYASƏT

Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini tanıyır, tam şəkildə dəstəkləyir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İraqın Kürdüstan regional vilayətində keçirilən referendumla bağlı bəyanatında deyilir.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə Oxu.Az-a məlumat verib: "Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə, qarşılıqlı anlaşma və dialoq şəraitində, İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır”.

İcmal.Az

RƏYLƏR