BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.
İcmal.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:
"Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır.
O ki qaldı Tiqran Balayanın dediyinə, onun, yəqin, bu məsələlərdən xəbəri yoxdur”.
İcmal.Az