Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi - MACARISTANDA

OXUNUB: 1036 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

7NEWS.az xəbər verir ki, bu gün "Pécs Azərbaycan Cəmiyyəti" Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin dəstəyi ilə (Embassy of the Republic of Azerbaijan in Hungary) Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Pécs şəhərinin mərkəzi meydanına toplanmış tələbələr Azərbaycan bayrağı ilə birlikdə Xocalı və Qarabağla bağlı pankartlar açmış, həmçinin Macar və İngilis dillərində Xocalı faciəsi barədə yazılmış kitab və broşuraları yerli əhaliyə paylamış, onlara bu dəhşətli faciə barədə məlumat vermişdir. Tədbirdə Azərbaycan və qardaş Türkiyə Cumhuriyyətindən olan tələbələrlə yanaşı Macarıstan, Hindistan, İordaniya,Nigeriya,Mərakəş,Pakistan, Ukrayna kimi ölkələrdən olan tələbələr də iştirak etmişdir. Tədbirdə fəal iştirak etmiş tələbələr - Fərman Qəribov, Cavid Əhmədov,Turqay Ibrahimli və başqaları haqq səsimizin bu ölkədə yayılmasında fəal iştirak etmişlər.

7NEWS.az






RƏYLƏR