YAP Gəncə şəhər təşkilatının üzvləri bir araya gəldi

OXUNUB: 2188 SOSİAL

 

30 yanvar tarixində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov və bitərəf namizəd olan Üzeyir Əliyev arasında YAP Gəncə şəhər təşkilatında görüş təşkil olundu. Görüşdə Yeni Azərbaycan Pariyasının Gəncə şəhər təşkilatının sədr müavini, akademik Fuad Əliyev iştirak edib.

Namizəd Üzeyir Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, hakim partiyaya sadiq olduğunu və etimadının nümunəsi kimi, partiyanın qələbəsi naminə güclərin birləşdirilməsi üçün səslərin Müşfiq Cəfərova yönləndirilməsini bildirdi. Bundan sonra namizəd olduğu dairə üzrə Müşfiq Cəfərovun təbliğatında yaxından iştirak edəcəyini söylədi.

Görüş YAP Gəncə şəhər təşkilatında başa çatdıqdan sonra Müşfiq Cəfərov öz təbliğat –təşviqat qrupunun üzvləri ilə birlikdə Üzeyir Əliyevin qərargahını ziyarət etdi. Görüşdə Uzeyir Əliyevin vəkilləri, təbliğat-təşviqat qrupunun üvləri iştirak edirdi. Onlar da YAP-ın dairə üzrə yeganə namizədi olan Müşfiq Cəfərova dəstək olacaqlarını bildirdilər.

Müşfiq Cəfərov çıxış edərək Üzeyir Əliyevin Yeni Azərbaycan Partiyasına olan sədaqətini, istək və sevgisini bir nümunəvi addım olduğunu bildirdi. Bu cür addımlar digər YAP üzvləri üçün nümunə olmalıdır.



RƏYLƏR