Yaqland Azərbaycana başsağlığı verdi

OXUNUB: 563 SİYASƏT

Avropa Şurasının baş katibi Turbyorn Yaqlanf  Bakıda Respublika Narkoloji Mərkəzində baş verən güclü yanğında  25 nəfərin ölməsi ilə əlaqədar başsağlığı verib.

İcmal.Az-ın xəbərinə görə, Yaqlanda Bakıdaın gələn faciəvi xəbərlərdən  sarsıldığını bildirib.

"Öz adımdan və Avropa Şurasının adından yanğında ölən şəxslərin ailələrinə, Aərbaycan hakimiyyətinə və Azərbaycan xalqına başsağlığı veririəm. Bu faciəvi anlarda Avropa Şurası Azərbaycanın yanındadır”, - başsağlığı mətnində deyilir. 

Xatırladaq ki, martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər ölüb.

Azərbaycan Respublikası prezidentinin göstərişinə əsasən, fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə prezidentinin nəzarətindədir.

İcmal.Az

RƏYLƏR