Yasamalda onlarla ev sökülür - VİDEO

OXUNUB: 733 SOSİAL

Paytaxtın Yasamal rayonunda 75 evin söküntüsünə başlanılıb.

İcmal.Az Xəzərxəbər-ə istinadla məlumatına görə, söküntülərin başlanmasına səbəb ərazidə dörd zolaqdan ibarət yolun çəkilməsidir.

Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib.

Mənzillərin sahibləri evlərdən çıxarılıb və söküntüyə başlanılıb. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət”in kənarı ilə çəkilir.

Yolun ümumi uzunluğu 1310 metr olacaq.

Məsələ ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

İcmal.Az

RƏYLƏR