"Yaxşı ki, məni uşaq etməyib" - Makiyajla 30 yaş cavanlaşan Flora Kərimova

OXUNUB: 631 ŞOU-BİZNES
Xalq artisti Flora Kərimova onu makiyajla tamamilə dəyişdirən Anar Ağakişiyev haqqında danışıb.

 76 yaşlı müğənni Anarla şəklini paylaşıb və bu sözləri yazıb:

"Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm. Təklif elədi ki, gəl səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt yorğun idim. O, məni makiyaj etdikçə mürgüləydirdim. Adamın yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə idim. İnsan necə bir saatın icində bu qədər cavanlaşar? Belə bir ovqat yaşatdığı üçün ona sağ ol deyirəm. Anar "İşinin rəssamıdır. Çox peşəkardır. Onun əlinə düşən insanları sonda tanımaq olmur. Biz bu insanları qorumalıyıq"./big
 
 
İcmal.Az

RƏYLƏR