Yeni energetika naziri kimdir? - BİOQRAFİYA

OXUNUB: 757 İQTİSADİYYAT

Azərbaycanda yeni energetika naziri təyin olunub.

Bundan sonra energetika naziri funksiyasını Pərviz Oqtay oğlu Şahbazov  icra edəcək.

Pərviz Şahbazov kimdir?

Qeyd edək ki, P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatiya sahəsində fəaliyyətə başlayıb.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrınadək Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

Ailəlidir, iki övladı var. 

Nəzərə çatdıraq ki, Pərviz Şahbazov  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur.

İcmal.Az

RƏYLƏR