İcmal.Az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, martın 7-də həmin sürücü məhkəmə qarşısına çıxarılıb. Səbail rayon DYP-də onun barəsində toplanmış materiallardan aydın olur ki, sürücü Sabir Məmmədov avtoxuliqanlıq edib. Məhkəmə materialları və sübutları araşdıraraq həmin sürücü barəsində qərar çıxarıb. Qərara əsasən, Sabir Məmmədov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
İcmal.Az