Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüsselə (Belçika Krallığı) yola düşüb.
Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Zakir Həsənov iyunun 29-da Brüssel şəhərində Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək.
İcmal.Az