Zaqatalada it sahibini dişləyib. Hadisə rayonun Höytala kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Gülnarə Abdulhəmid qızı Əhmədova yaşadığı ünvanda öz itinin hücumuna məruz qalıb.
Xəsarət alan G.Əhmədovaya Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qadın əməliyyat olunub və ona quduzluq əleyhinə peyvənd vurulub.