Özbəkistan prezidentinin Azərbaycana səfəri gözlənilir

OXUNUB: 546 SİYASƏT

2018-ci ilin may ayında Özbəkistan prezidenti Şavkat Mirziyayevin Azərbaycana rəsmi səfər gözlənilir.

İcmal.Az-ın məlumatına görə, bunu Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.

Səfir qeyd edib ki, səfərin dəqiq tarixi məlum olmasa da, səfər may ayının sonunda gözlənilir.

Səfər zamanı neft-qaz, kənd təsərrüfatı, sənaye, qida sənayesi, tikinti materialları sənayesi kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. 

İcmal.Az

RƏYLƏR