ÜZÜCÜ XƏBƏR! Daha bir məşhur DƏNİZDƏ BATDI- FOTO

OXUNUB: 924 HADİSƏ
Onlar sualtı gəmidə reportaj hazırlamaq istəyib.
 
İsveçli jurnalist Kim Vall danimarkalı araşdırmaçı Peter Madsenlə sualtı gəmidə reportaj hazırlamaq istəyib.

ICMAL.AZ Sonxeber.az -a istinadən xəbər verir ki, avqustun 10-da hər iki şəxs Kopenhagen limanında dənizə daxil olduqdan sonra bir daha onlardan xəbər almaq mümkün olmayıb.

Jurnalistin sevgilisi gecə saatlarında polisə müraciət edərək onun itkin düşdüyünü bildirib.

Dəniz polis və xilasediciləri genişmiqyaslı axtarışlar aparıb, lakin, axtarışlar nəticəsiz qalıb. 1 gün sonra Peter Madsen ortaya çıxaraq gəminin batdığını və özünü son anda suya ataraq xilas olduğunu deyib.
 

Daha da qəribəsi budur ki, Madsen gəmi batarkən yalnız olduğunu, jurnalisti isə avqustun 10-da yerli vaxtla 22:30 radələrində kafelərin yer aldığı Refşaleon sahilində endirdiyini bildirib. Suyun dibində çıxarılan gəmidən jurnalistin cəsədi tapılmayıb.

Hazırda polis ərazidəki bütün kafelərdə təhlükəsizlik kameralarını izləməyə başlayıb. Bütün görüntülər izləndikdən sonra Madsenin doğru deyib-demədiyi üzə çıxacaq.

Peter Madsen şübhəli olaraq saxlanılıb. Keçirilən ilk məhkəmə prosesində Madsenə 24 günlük həbs cəzası verilib.
ÜZÜCÜ XƏBƏR! Daha bir məşhur DƏNİZDƏ BATDI- FOTO

RƏYLƏR