Ziya Məmmədov: “Heydər Əliyev dünyada böyük nüfuz qazanmış dahi şəxsiyyətdir”

OXUNUB: 1067 SİYASƏT
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı fikirlərini bölüşüb.

İcmal.Az xəbər verir ki, Z.Məmmədov Qaynarinfo.az-a açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyev dünyada böyük nüfuz qazanmış dahi şəxsiyyətdir: 

"Mən çox xoşbəxtəm ki, onun rəhbərliyi altında çalışmışam. Hər zaman ulu öndər Heydər Əliyevin siyasətinə sadiq olmuşam və bundan sonra da belə olacaq. Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirəm, onun siyasi varisi olan möhtərəm Prezidentimizə isə can sağlığı arzu edirəm”. 
 
İcmal.Az

RƏYLƏR