Özünü körpüdən atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub

OXUNUB: 715 SOSİAL

Özünü körpüdən atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub.

Ötən gün Bakı-Sumqayıt şossesində Masazır qəsəbəsində özünü körpüdən yerə atan 1996-ci il təvəllüdlü Həşimova Ləman İlqar qızı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun qapalı kəllə-beyin travması aldığını bildirib. O, xəstəxanada ilkin ifadəsində bildirib ki, bir neçə ay bundan öncə nişanlanıb. Nişanlısı ilə görüşmək üçün Bakıya gəlib. O intihara cəhd etməyinin səbəbini mənəvi cəhətdən pak qalmaq istəyi ilə izah edib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanılıb./report

 

İcmal.Az

RƏYLƏR