"Sevinc Osmanqızı ilə AXCP funksionerləri arasında yaşanan qalmaqal, kəskin söz atışması, qarşılıqlı təhqirlər bir daha onu təsdiq edir ki, bu düşərgəyə mənsub olanların hamısı eyni ağıldadır, hamısının xislətində, genində eyni qaraguruhçuluq var, hamısı eyni bezin qırağıdır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Sadəcə indi yəqin nəyisə bölə bilmirlər deyə bir-birinə giriblər. Başqa nə ola bilər ki? Hər halda bunların heç birində o təpər, o arzu, o məram yoxdur ki, deyəsən vətən, millət, dövlət dərdi çəkirlər. Xeyr! Onlar yalnız və yalnız öz maraqlarını güdürlər. Biri Qərbin açıq tezisləri ilə çalışır (həm də danışır), digərləri isə "siyasi alfons”, trol şəbəkəsinin fəxri sədri – Əli Kərimlinin diktəsi ilə. Yəni, aşağı-yuxarı eyni adamlar, eyni şəbəkə, eyni üsnsürlərdir.
Ölkədə seçki olacaq, amma bunların dərdinə bir baxın. Elə bil küçə döyüşü aparırlar. Tərbiyə də plintusun altında. Kimin ağlında hansı zibillikdirsə dilində də odur. 2 ay əvvəl bir-birini öyürdülər, indi söyürlər. Əli Kərimli kimi manqurt yaramaz isə kənardan bu mənzərəyə baxıb ləzzət alır. Və bunu bilirsinizmi niyə edir? Boykotla bağlı uğursuz qərarından fikri yayındırmaq üçün, baş qatmaq üçün, söhbətin məcrasını, istiqamətini dəyişmək üçün.” – deyə Partiya sədri fikirlərinə davam edib.