"quŞVABE haqda bir neçə kəlmə..." - Elşən Musayevin yazısı

OXUNUB: 1981 Özəl SİYASƏT
Frank Şvabe artıq bütün əndazələri, həddləri aşıb. Bu vaşaqsifət gədə indi də quş ağlı ilə başından yekə məsləhətlər verməyə, özünü az qala Avropanın yiyəsi kimi aparmağa, ölkəmiz haqda davamlı olaraq mənfi rəy yaratmağa çalışır. Üstəlik, bununla da kifayətlənməyərək xəstə təxəyyülün məhsulu olan iyrənc fikirlərini Azərbaycandakı mirzəsi (mətbuat xidmətinin rəhbəri də deyə bilərik) Əli Kərimlinin vasitəsilə  sağa-sola tirajlayır.
 
Bəs əslində kimdir, Şvabe?! – Qısa arayışlarla mövzuya keçid alım.
 
Birincisi... Alman deputatın adı indiyə qədər nə az-nə çox, düz 7 qlobal maliyyə fırıldağında keçib və bu "maşennik” hər dəfəsində + necəsə məlum cinayət işlərindən yaxasını qurtara bilib.
 
İkincisi... Şvabe bütün gəncliyini nasist ideologiyasının təbliğinə həsr edib və bu səbəbdən təhsil aldığı Essen Universitetindən 2 dəfə qovulmaq təhlükəsi ilə üzləşib.
 
Üçüncüsü... Almaniyada keçirilən 2010-cu il Parlament seçkilərində sosialistlərin əsas rəqibi olan Rudolf Kolt (səhv etmirəmsə adı və soyadı belə idi) dairə seçki komissiyasına Şvabenin psixi xəstə olması və bu minvalla özəl klinikaların birində uzun müddət müalicə alması haqda sənəd təqdim edib. Amma yekunda həmin sənəd arqument kimi qəbul olunmayıb, Şvabenin mövcud vəziyyəti "anlaqlı” hesab edilib və bu şizofrenik marafona buraxılıb.
 
Dördüncüsü... Şvabe milliyətcə alman olsa da, nə qəribədir ki, əsas təlimatları, əmrləri, buyruqları birbaşa Fransadan alır. Bunun əyani sübutlarından biri isə Frankın AŞPA Plenar iclaslarında yalnız Fransa nümayəndə heyətinin üzvləri ilə bərabər oturması və sadəcə Makrona yaxın şəxslərlə məsləhətləşməsidir. Eyni zamanda bir məqamı xatırlatmaq yerinə düşər ki, Şvabenin Almaniyada 1, Fransada isə 12 mülkü var. Ayrıca: Şvabenin anası təmiz fransız qanı daşıyır və onun ana babası 2-ci dünya müharibəsindən sonra Fransadan Almaniyaya köçmələrdəndir.
 
Nəhayət, beşincisi...(bu artıq mənim şəxsi mülahizəmdir) Düşünürəm, "Şvabe”, çox güman ki, bunun ləqəbidir. Əsl soyadı isə Şvabradır! Adı da Frank yox, Krank! (almanca xəstə deməkdir).
 
Yəni XƏSTƏ ŞVABRA!
 
Necə də yaraşır amma, deyilmi?!
 
Sanki mürdəşir yumuş sifətinə biçilib...

 
Elşən Musayev,
 
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri.

RƏYLƏR