1 yaşlı uşağın nəfəs borusunda tum əməliyyatı

OXUNUB: 1244 Səhiyyə

1 yaşında uşaq nəfəs borusunda günəbaxan tumu qalıb.

İcmal.Az xəbər verir ki, bu barədə Uşaq Cərrahiyəsi və Urologiya mütəxəssisi Fuad Hüseynov məlumat yayıb.

Həkimin sözlərinə görə, valideynlər günəbaxan tumu yeyərkən 1 yaşlı uşağın boğulduğunu görüb.

"Məlum olub ki, uşaq tumdan yemək istəyərkən onun boğazında qalıb. Əvvəlcə uşaqda boğulma sonra xırıltılı öskürək, tənginəfəslik başlayıb. Təbii ki, ailə ilk növbədə "çöpçü”yə müraciət edib. Bir həftə ərzində tumu çıxartma mümkün olmayıb. "Çöpçü”dən ümidləri kəsildikdən sonra həkimə müraciət etmək qərarına gəliblər. Aparılan müayinələr nəticəsində məlum olub ki, uşağın nəfəs borusunda yad cisim var. Uşaq təcili cərrahi əməliyyata alınıb. Bronxoskopiya edilərək yəni işıqlı alətlə nəfəs borusuna girilərək günəbaxan tumu çıxarılıb. Uşaq 1 gün sonra tam sağlam evə yola salındı”.

 

İcmal.Az


RƏYLƏR