110 qıza təcavüz etdi, 240 nəfəri öldürdü, azadlığa çıxdı - Dosye

OXUNUB: 1111 DÜNYA

"Andes Canavarı” ləqəbli cinayətkar 1970-ci illərdə Kolumbiya, Peru və Ekvadorda insanların canına qorxu salmışdı. Onun adı gələndə ailələr dərhal övladları haqqında düşünür, uşaqlarını özlərindən uzaq buraxmaq istəmirdilər.

Andes Canavarı bu üç ölkə ərazisində yüzlərlə uşağı qaçıraraq onları cinsi istismara məruz qoyub və öldürüb.

 Bu qati cinayətkar və Andes Canavarı ləqəbi ilə tanınan Pedro Alonso Lopezdir.

O 1949-cu ildə doğulub. İlk dövrlər anasının yanında işləməyə başlayıb. Onlar ailədə 13 bacı-qardaş olublar. Lakin Lopez 8 yaşında bacısına cinsi təcavüz edib. Bu səbəbdən anası onu evdən qovub. Küçəyə atılan Lopez bir nəfər tərəfindən cinsi istismara məruz qalıb. Beləcə, küçələr gələcəyin qatı və amansız cinayətkarını yetişdirməyə başlayıb.

Artıq 18 yaşında Lopez avtomobil oğurluğuna görə həbsə düşməli olur. Burada özündən yaşca böyük 4 məhbusun təcavüzünə məruz qalır. Az sonra Lopez ona təcavüz edən 4 məhkumdan üçünü öldürür.

Məhbəsdən çıxdıqdan sonra Andes Canavarı başqa insanları da qətlə yetirməyə başlayır. Məsələn, 1978-ci ildə onun perulu yüz qızı öldürdüyü qeyd edilir. Bir kənddə 9 yaşında qıza yaxınlaşarkən yaxalanır. Onu yaxalayan kəndlilər azğın cinayətkarı diri-diri yandırmaq istəyirlər. Lakin Andes Canavarı yerli məmurlara təhvil verilir.

Bundan sonra o, Ekvadora aparılır. Ekvadorda təxminən 110 qıza təcavüz edərək öldürür.

Andes Canavarı, nəhayət, 1980-cı ildə ələ keçir. O, 12 yaşında qızı qaçırarkən yaxalanır. Bu, Canavarın 53 qurbanının ortaya çıxmasından sonra baş verir.

Canavar qurbanlarını öldürdükdən sonra fərqli yerlərdə dəfn edirdi. Bu cəsədləri heç kəs tapa bilməyib.

1983-cü ildə Ekvadorda 110 gənc qadını öldürməkdə günahlandırılan Andes Canavarı Peru və Kolumbiyada yoxa çıxan 240 uşağın qatili olmaqda da ittiham olundu.

Qəribədir ki, cinayətlərini davam etdirəcəyi haqda and içməsinə baxmayaraq, Canavar Ekvador hökuməti tərəfindən azad edildi və Kolumbiyaya sürgünə göndərildi.

Lopez özünü XX əsrin adamı olaraq görürdü və bu səbəbdən sürgünə göndərilmək əvəzinə azadlığa buraxılmasının vacibliyini qeyd edirdi.

Pedro Alonso Lopez 1988-ci ildə Kolumbiya rəsmiləri tərəfindən sərbəst buraxıldı. Bu tarixdən sonra ondan heç bir xəbər çıxmadı. Qurbanlarının yaxınları Lopezi tapan şəxsə 250 min ABŞ dolları mükafat verəcəklərini bəyan etdilər.

Andes Canavarı ləqəbli Pedro Alonso Lopezin hazırda sağ olub-olmadığı və harada yaşadığı məlum deyil./teleqraf.com

 

İcmal.Az



RƏYLƏR