"Suriya hadisələrində qırılma nöqtəsi" - Polad Mehdi

OXUNUB: 3324 Özəl DÜNYA
Bu sözləri 7NEWS.az-a açıqlamasında siyasi şərhçi Polad Mehdi deyib: "Suriya hadisələrində qırılma nöqtəsi 27 fevral 2020 ci ildə 34 Türk əsgərinin İdlibdə şəhid olması hadisəsi oldu.

Həmin hadisədən sonra demək olar ki tarixdə ilk dəfə Türkiyə tərəfindən kütləvi dron hücumu həyata keçirildi. Türkiyə istehsalı olan dronlar sınaqdan keçirilərək baş verən döyüşdə Rusiya və İranın gücləri - vagner, hizbullah, haşdı şabi, Əsad silahlıları ağır zərbə aldılar. Əsəd silahlılarının irəliləməsi həmin tarixdən etibarən dayandı.

Görsənən odur ki, həmin vaxtdan indiyə qədər Türkiyə müxalifləri yetərincə hazırlaya bilib.

Suriyada bir dövr başa çatdı.
İndi Türkiyə və Suriya üçün yeni, lakin  daha çətin dövr başlayır. 
Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamaq dövrü!"

RƏYLƏR