Pakistanda keçmiş baş nazir İmran Xana 10 il müddətinə həbs verildi

OXUNUB: 4263 Özəl DÜNYA
Pakistanda keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

7NEWS.az xəbər verir ki, Pakistan Ədalət Hərəkatının (PTI) qurucusu və Pakistanda dövlət sirlərini açmaqda günahlandırılan keçmiş baş nazir İmran Xan 'Rəsmi Sirr Qanunu' əsasında yaradılmış xüsusi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilib. Keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi də eyni cinayətə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Pakistan mediası qərarın fevralın 8-də keçiriləcək ümumi seçkilərdən əvvəl verildiyinə diqqət çəkib. Bu gün açıqlanan qərar nəticəsində Xan və Qureşinin qarşıdakı 5 il ərzində heç bir seçkidə namizəd olmayacağı bildirilib.

7NEWS.az

RƏYLƏR