Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu "Arbat”ın yaradıcısı Armen Sarkisyanın Moskvadakı partlayışda ağır yaralandığı məlum olub.
Hüquq-mühafizə orqanları Sarkisyanın partlayışda ölmədiyini, lakin ağır yaralandığını təqsidləyiblər.
Bildirilib ki, erməni batalyonunun yarıdıcısına sifarişli sui-qəsd olub və bu, dəqiqliklə planlaşdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən "Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Rusiyanın teleqram kanalları ölən şəxsin Ukraynada Rusiyanın tərəfində döyüşən erməni batalyonu olan "Arbat”ın yaradıcısı, qondarma Donetsk Xalq Respublikasının Boks Federasiyasının prezidenti Armen Sarkisyan olduğunu yazıblar. Daha sonra Rusiya KİV-ləri Sarkisyanın ölmədiyini, ağır yaralandığını bildiriblər.İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. 1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Verilən məlumata görə, partlayış nəticəsində yaralılanların da vəziyyəti çox ağırdır. Bu səbəbdən onların xəstəxanaya təcili çatıdırlması üçün hadisə yerinə helikopter cəlb olunub.
Rusiya teleqram kanallarının yaydığı son məlumata görə, partlayıcı qurğunun qəlpələri Sarkisyanın bir ayağını qoparıb. Hazırda onun komada olduğu bildirilib.
***
Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində baş verən hadisəyə səbəb naməlum qurğunun partlaması olub.
Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
"Lift otağında naməlum qurğu partlayıb. Hazırda hadisə yerində partlayış işləri üzrə mütəxəssislər işləyirlər", - agentliyin müsahibi bildirib.
***
Moskvada "Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən "Arbat” (erməni batalyonu-red) batalyonunun yaradıcısı, Donest Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur.
Bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.
****
Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən "Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.
Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.