13 yaşlı qızı küçədə döyüb, videoya çəkdilər

OXUNUB: 672 DÜNYA
13 yaşlı qızı parkda döyüb, videoya çəkiblər.

Hadisə İngiltərənin Liverpul şəhərindəki "Upton Rocks" parkının yaxınlığında baş verib.

Videoda bir neçə qızın 13 yaşlı uşağı vəhşicəsinə döyüb, yerdə sürüməsi əks olunub.

Görüntülər sosial şəbəkələrdə yayılsa da, qısa müddət sonra silinib.

 
Qızın hansı səbəbdən döyülməsi ilə bağlı məlumat yoxdur.

Başından ağır zərbələr alan qız hazırda xəstəxanada müalicə alır.

Liverpul şəhər polisi məsələ ilə bağlı araşdırma aparır./milli




İcmal.Az

RƏYLƏR