7NEWS.az xəbər verir ki, ABŞ tarixinin ən böyük silahlı hücumlarından biri olan Parkland hücumunu həyata keçirən Nikolas Kruzun həbsxanada çəkdiyi rəsmlər bu gün ABŞ-da ən çox danışılan mövzulardan birinə çevrilib. Vəkilləri qatilin çəkdiyi cızma-qara və rəsmlərin ruhi xəstəlikdən xəbər verdiyini bildirsələr də, 23 yaşlı gənclə bağlı qərarın yaxın günlərdə açıqlanması gözlənilir. Qeyd edək ki, Nikolas ABŞ-ın Florida ştatının Parkland şəhərindəki Stoneman Douglas Liseyində 2018-ci ildə 14-ü tələləbə olmaqla 17 nəfəri öldürüb və 14 nəfəri yaralayıb.
7NEWS.az