14 yaşlı azərbaylı qız Putinə müraciət etdi: "Xahiş edirik, bizi ölməyə qoymayın!"

OXUNUB: 1612 SOSİAL
"Xahiş edirik atamızı qaytarın. Onsuz biz yaşaya bilmirik. Bizə kömək edin, cənab prezident. Biz məktəbdə ən yaxşı oxuyan şagirdlərik. Atamızı qaytarın ki, acından ölməyək, təhsilimizi davam etdirək”. 

İcmal.Az pressclub.az-a istinadən xəbər verir ki, bu kövrək sətirlər 14 yaşlı Rabiyənin Rusiya prezidenti Vladimir Putinə müraciətindədir.

3 uşaq atası olan Fazil İbrahimov Ruisiyada terrora cəhd maddəsi ilə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. Tver şəhərində yaşayan 1977-ci təvəllüdlü F.İbrahimov Rusiya vətəndaşıdır. 3 azyaşlı övladı var. Fermer təsərrüfatı ilə məşğul olan F.İbrahimov 2014-cü ildə təfərrüafatının inkişafı üçün dövlət tərəfindən həyata keçirilən yardım proqramına müraciət edir və və tərəflər arasında müqavilə imzalanır.
Təsərrüfata ailənin nəzarətini təşkil etmək üçün həmin ərazidə ev tikmək zərurəti yaranır ki, bu da yerli hakimiyyətlə F.İbrahimova arasında narazılıqlara səbəb olur. Belə ki, rayon administrasiyası evi tikmık üçün hansısa tikinti şirkəti ilə müqavilə bağlamaq tələbi qoyur, F.İbrahimov isə buna maddi imkanının olmadığını evi özünün tikəcəyini bildirir. Bununla da ev tikmək istiqamətində yerli hakimiyyətin köməyi üçün edilən bütün müraciətlər cavabsız qalır. Heç bir köməyin olmadığından məyus olan F.İbrahimov probleimin həlli üçün təhlükəli üsula əl atır.

26 fevral, 2015-ci ildə Rusiya Federasiyası Təhlükəsizlik Xidmətinə (FTX) zəng edərək ailəsi ilə birlikdə Sankt-Peterburq – Moskva yolunda çadır quracaqlarını və prezident Vladimir Putini gözləyəcəklərini bildirir. O, prezidentə yerli rəhbərliyin ona yardımçı olmadığı ilə bağlı şikayət edəcəyini söyləyir. Deyir ki, əgər ona mane olmağa çalışsalar, benzin töküb özünü yandıracaq. Bir qədər sonra yerli hakimiyyət ona ev tikmək üçün köməklik edir. Lakin ailənin yeni ev sevinci uzun çəkmir. 2016-cı ildə yanvar ayında evə maskalı adamlar gəlir və axtarış aparırlar. 

FTX-dən gəldiklərini deyən maskalılar evdəki qaz balonunu və F.İbrahimovu aparırlar. İbrahimov sentyabr ayına qədər ev dustaqlığına buraxılır. Lakin sentyabr ayında məhkəmə ona 8 il azadlıqdan məhrumetmə cəzası verir. Terrorizm ittihamı ilə. 14 yaşlı Rabiyə deyir ki, indi təsərrüfatları başsız qalıb, nə qohumlar, nə hakimiyyət rəsmiləri onlara kömək edir. Evə heç yerdən gəlir gəlmir: "Mənim atam terrorçu deyil. Bu, özünü öldürmə həddinə çatdırma idi. Əgər terrorçu olsa idi, niyə həmin vaxt, müraciət edən zaman tutumurdular. Necə olur ki, onu ev dustaqlığına buraxıb, yenidən tuturlar”.

Rabiyə ölkə başçısından işə ədalətli baxılmasını və atasının azad edilməsini xahiş edir. Rusiyada fəaliyyət göstərən hüquq müdafiəçisi Yaşar Göyçəli də hesab edir ki, F.İbrahimova qarşı irəli sürülən ittihamlar saxtadır. F.İbrahimovun atasının Qarabağ döyüşlərində şəhid olduğunu deyən hüquq müdafiəçisinin iddiasına görə, Kəlbəcərdən olan Fazilin belə ağır ittihamla həbsində Tverdə yaşayan ermənilərin əli var və onlara Azərbaycan diasporunun nümayəndələri də dəstək olublar.

Bu işlə bağlı şəxsi araşdırma apardığını deyən Y.Göyçəli bildirir ki, Daxili İşlər Nazirliyi İbrahimova 2 müxtəlif maddələrlə cinayət işi qaldırmışdı. Bir müddət keçəndən sonra əsas olmadığına görə DİN məktub göndərir ki, cinayət işi ləğv edilsin: "Üstündən bir il keçir, hər gün Azərbaycan diaspor təşkilatının nümayəndələri təzyiqlər göstərirlər ki, səni bizə görə narahat edirlər, o gəlir-bu gəir, filan. Məhkəmədə əd şahid qismində Azərbaycan diaspor təşkilatının nümayəndələri Fazilin əleyhinə ifadə verdilər. O diaspor təşilatının nümatyədələri ki, Tverdə ermənilərlə çox isti münasibətlərdədirlər”. 

14 yaşlı azərbaylı qız Putinə müraciət etdi:
 

İcmal.Az

RƏYLƏR