14 yaşlı qız dərmandan zəhərlənib öldü

OXUNUB: 772 HADİSƏ

Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yeniyetmə qız dünyasını dəyişib.

İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. /report

İcmal.Az

RƏYLƏR