14 yaşlı qızı qardaşının gözü önündə vəhşicəsinə döydülər - O kadrlar xəbərlərdə göstərildi - VİDEO

OXUNUB: 869 DÜNYA

14 yaşlı qız nənəsi və xalası tərəfindən küçənin ortasında amansızlıqla döyülüb.

O  dəhşətli anlar Türkiyənin "Kanal D" xəbərlərində yayımlanıb.

Qızın valideyinləri 17 illik evliliyə son qoyublar. Qardaşı atasının, qız isə anasının yanında qalırdı. Ancaq ata 14 yaşlı qızının da onunla qalmağını istəyirdi.

Azyaşlı qızı nənəsi və xalası binanın girişində vəhşicəsinə döyərək, atasının yanına aparmaq istəyiblər. 14 yaşlı qız qaçaraq, evə sığınıb.

 

Qeyd edək ki, bu dəhşətli olay qızın qardaşının gözü önündə baş verib./milli

İcmal.Az

14 yaşlı qızı qardaşının gözü önündə ... - O kadrlar xəbərlərdə göstərildi

RƏYLƏR