150-dək gürcüstanlı məhbus Türkiyədə aclıq aksiyası elan edib

OXUNUB: 693 DÜNYA

İstanbul həbsxanalarının birində 150-dək gürcüstanlı məhbus aclıq aksiyası elan edib.

 Onlar özlərinə qarşı qəddar rəftar edildiyindən şikayət edib.

Məhbusların qohumları bu məsələdə Gürcüstan diplomatlarının laqeyd mövqeyindən şikayətçi olublar. Onlar səfirliyə bu barədə məlumat verdiklərini, lakin heç bir reaksiyanın olmadığını söyləyiblər.

Aclıq aksiyasının artıq 4 gündür davam etdiyi bildirilir. /oxu

 

İcmal.Az

RƏYLƏR