Dünyada 200 milyondan çox sünnət edilmiş qadın var.
Bu barədə türkiyəli ilahiyyatçı Canər Taslaman özünün hazırladığı videosujetdə deyib.
İlahiyyatçının sözlərinə görə, sünnət edilmiş qadınların 150 milyondan çoxu islam ölkələrindədir:
"Misirdə uydurma hədislərlə qadınlar sünnət edilir. 150 milyon qadının zədələnməsindən söhbət gedir. Dünya qadın təşkilatları bu məsələ ilə bağlı çağırış edir”.
İlahiyyatçı bildirib ki, qadınların sünnət olması tibbi cəhətdən zərərlidir:
"Çünki bu, qadının uşaq dünyaya gətirməsinə də mənfi təsir göstərir. 150 milyon qadının zədələnməsinin qarşısını ala bilərik”./teleqraf.com
Videosüjeti təqdim edirik:
İcmal.Az

























