16 ildir axtarılan İtalyan mafiyası saxlanıldı

OXUNUB: 206 Özəl DÜNYA
İtaliyanın ən güclü mütəşəkkil cinayət qruplarından birinin üzvü olduğu bildirilən və adam öldürməkdə təqsirli bilinən Edqardo Qreko 16 illik fərarilikdən sonra pizza aşpazı işləyərkən yaxalanıb.

7NEWS.az xəbər verir ki, İtaliyanın ən böyük mafiya liderlərindən biri olduğu bildirilən Edqardo Qrekonun ölkənin cənubundakı Kalabriyada güclü mafiya təşkilatı olan "Ndrangheta”nın üzvü olduğu düşünülür.

Fransa prokurorlarının bildirdiyinə görə, İnterpol Fransanın Sent-Etyen şəhərində təxəllüsdən istifadə edən və italyan restoranını işlətdiyi Qrekonu saxlayıb.

7NEWS.az

RƏYLƏR