16 yaşlı gəncə cinsi əlaqə təklif edəni təcili yardımda linç etmək istədilər - VİDEO - FOTO

OXUNUB: 937 HADİSƏ

Adanada 16 yaşlı gəncə əxlaqsız təklif edən 38 yaşlı F.İ. vətəndaşlar tərəfindən döyülüb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, hadisə Seyhan rayonunun Mərkəz Parkında meydana gəlib. İddiaya görə, ailəsi ilə parka gəzməyə gələn 16 yaşlı oğlan siqaret çəkmək üçün ailəsinin yanından uzaqlaşıb. Onun yanına gələn F.İ. adlı şəxs əvvəl siqaret istəyib, daha sonra cinsi əlaqə təklif edib. Gənc də "Bir azdan gələcəyəm, burada gözlə" deyərək vəziyyəti ailəsinə xəbər verib.

Olayı yaxınlarına izah edən gənc ailəsi ilə birlikdə təkrar yanına gəldiyi F.İ.-yə hücum edib. Hadisə yerinə gələn polislər döyülən F.İ.-ni vətəndaşların əlindən çətinliklə alıblar.

Hirsli insanlar təcili yardım maşınına mindirilən F.İ.-nin enməsini istəyiblər. Yaşanan gərginlik zamanı 2 nəfər təcili yardıma minib şübhəlini linç etmək istəyib. Polis çətinliklə onların qarşısını alıb.

Gənc də ailəsi ilə birlikdə polis bölməsinə gedib şübhəlidən şikayətçi olub.

 


Videonu izləmək üçün şəklə klikləyin:

16 yaşlı gəncə cinsi əlaqə təklifi edəni təcili yardımda linç etmək istədilər

RƏYLƏR