7NEWS.az xəbər verir ki, Fransanın Saint-Jean-de-Luz şəhərində orta məktəbdə işləyən ispan dili müəllimi 16 yaşlı şagirdi tərəfindən bıçaqlanıb. Hadisə yerinə çoxlu ilkin tibbi yardım və polis qrupları göndərilib. Tələbə nəzarətə alınarkən səlahiyyətlilər müəllimin hadisə yerində öldüyünü bildirib. Fransız mətbuatı hücumçunun müəllimin dərs dediyi zaman sinifə girərək hücum etdiyini, təcavüzkar şagirdin psixoloji problemlərinin ola biləcəyini qeyd edib.
7NEWS.az