Myanmada ordu və bütpərəst silahlılar tərəfindən öldürülənlərdən biri də 16 yaşlı Zinuranın həyat yoldaşıdır.
Zinura bildirib ki, onun əri gözləri qarşısında öldürülüb.
"Hərbçilər kəndə hücum edərkən ərimlə birgə meşəyə doğru qaçmağa başladıq. Əsgərlər bizlərə atəş açdı. Həyat yoldaşım vuruldu. O, elə hadisə yerində öldü. Mən isə qaçıb qonşu ölkəyə keçmək məcburiyyətində qaldım".
Qeyd edək ki, qətliama məruz qalan arakanlı müsəlmanlar başlarına gələn hadisələr barədə dünya mediasına açıqlamalar verir. Myanma müsəlmanlara qarşı qətliamı qəbul etməsə də, bu ifadələr hadisənin təfərrüatlarını ortaya qoyur.
Əlavə edək ki, qətliamla bağlı 500 mindən çox müsəlman Banqladeşə sığınıb./metbuat
İcmal.Az

























