19 yaşlı gənc oğlan barmaqlarını kəsdi

OXUNUB: 642 HADİSƏ

Oğuzda 19 yaşlı oğlan iş yerində elektrik mişarı ilə barmaqlarını kəsib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, mayın 31-i saat 17.00 radələrində rayonun Bayan kənd sakini, 1999-cu il təvəllüdlü İdris Fazil oğlu Abbasov sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının kəsilməsi xəsarəti ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirlib ki, o, rayon mərkəzində fəaliyyət göstərən dülgər sexində elektrik mişarı ilə iş görən zaman ehtiyatsızlıqdan barmaqlarını kəsib.

 

İdris Abbasovun baş barmağı tam üzüldüyündən onun müayinə və müalicəsini davam etdirmək üçün valideynlərinin istəyi ilə bu gün səhər saatlarında Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR