2 saylı Gəncə “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradılıb

OXUNUB: 1498 Özəl SOSİAL
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional "ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi  partiya təşkilatı yaradılması ilə bağlı tədbir keçirilib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu siyasətindən söz açıb.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov  qeyd edib ki, fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi. 

Tədbirdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşiblər.


Həmçinin YAP sıralarına yeni qəbul olunmuş "ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

RƏYLƏR