2017-ci ilin ən təhlükəli şifrələrinin reytinqi

OXUNUB: 517 SOSİAL

"SplashData” analitik şirkətinin mütəxəssisləri 2017-ci ilin ən təhlükəli şifrələrinin reytinqini tərtib ediblər. 

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər 5 milyona yaxın sındırılmış şifrəni təhlil edib və belə bir nəticəyə gəliblər ki, artıq dördüncü ildir ard-arda bu siyahıda "123456” kombinasiyası ilk yeri tutur.

İkinci yeri "password” (şifrə) sözü, üçüncü yeri isə "12345678” variantı tutur. 

Qeyd edilir ki, rəqəmli şifrələrlərdən və adlardan başqa, bu il istifadəçilər arasında "Ulduz döyüşləri” kimi kinoepopeya ilə bağlı populyar sözlər yaranıb. Analitiklər qeyd edirlər ki, hakerlər aktual hadisələri və olayları izləyirlər və asanlıqla pop mədəniyyətdən olan terminləri tapa bilirlər. 

Mütəxəssislər vurğulayırlar ki, sözdəki bir hərfin dəyişdirilməsi belə akkauntun müdafiəsinin gücləndirilməsi üçün etibarlı vasitə deyil. Onlar siyahıya düşən bu və ya hər hansı şifrənin variantlarını istifadə etməməyi məsləhət görmürlər.

İcmal.Az

RƏYLƏR