İstanbul polisindən Namiq Canıyevlə bağlı AÇIQLAMA

OXUNUB: 563 HADİSƏ

İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin saxlanılmasına münasibət bildirib.

İcmal.Az bu barədə Unikal.org-a istinadən xəbər verir.

"Həyata keçirilmiş operativ axtarış tədbirləri nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılanlar arasında azərbaycanlılar da var. Onlar dünən gecə saxlanıldıqları üçün bu gündən izahatları alınır. Bu cinayətdə günahı olmayan şəxslər yaxın iki gün ərzində sərbəst buraxılacaq. Əks halda Türkiyə qanunvericiliyinə uyğun olaraq işləri məhkəməyə göndəriləcək”, - deyə idarənin məlumatında bildirilir.

Namiq Canıyev və digərlərinin səhhətində heç bir problemin olmadığı, hadisə nəticəsində onlardan heç birinin güllə yarası və yaxud hər hansısa bir xəsarət almadığı bildirilib. 

İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildirilib ki, Namiq Canıyevin deportasiya olunması məsələsinə yaxın iki gün ərzində aydınlıq gətiriləcək.

İcmal.Az

RƏYLƏR