ICE London qitələrarası birjasında Brent markalı neftin 2018-ci ilin yanvar ayı üzrə fyuçə qiyməti 0,6 faiz bahalaşaraq 64,02 dollara yüksəlib.
İcmal.Az xəbər verir ki, neftin qiyməti sonuncu dəfə 2017-ci ilin noyabr ayının 10-da 64 dollar olub.
Qeyd edək ki, neftin bahalaşmasına səbəb OPEK+ ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarın 2018-ci ilin sonuna qədər uzadılması olub.
İcmal.Az