2018-ci ildə dünyanı dəhşətli böhran gözləyir – AÇIQLAMA

OXUNUB: 1673 SOSİAL

Yeni ildə İkinci Dünya Müharibəsindən etibarən ən böyük humanitar böhran baş verə bilər.

İcmal.Az-ın "The Telegraph”a istinadən məlumatına görə, bu barədə Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə dövlət katibi Penni Mordaunt bəyan edib.

BMT-nin hesablamalarına əsasən, təşkilatın yaradıldığı vaxtdan ən acınacaqlı humanitar böhran 2017-ci ildə qeydə alınıb. Buna səbəb Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda baş verən hadisələr olub.

Lakin Penni Mordauntun fikrincə, ən çətin vaxtlar hələ irəlidədir.

"2017-nin dəhşətli humanitar böhranı ili kimi yadda qalmasına baxmayaraq, 2018-də daha da çətin ola bilər”, -  o qeyd edib.

Böyük Britaniya böhranın nəticələrinin aradan qaldırılması üçün BMT-yə əlavə 21 milyon dollar ayırıb. Bu vəsait ehtiyacı olanların içməli su və ərzaqla təmin edilməsinə yönəlməlidir.

İcmal.Az

RƏYLƏR