Azərbaycan əhalisinin sayı açıqlandı

OXUNUB: 563 SOSİAL

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən İcmal.Az-a verilən məlumata görə, ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9% artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9 898 085 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

 

İcmal.Az

RƏYLƏR